BSM-dən Manaf Ağayevin dediklərinə SƏRT CAVAB: "Sağ adam rəhmətə getməyi barədə məlumat verə bilməz"
"Hər hansı bir həkim ixtisası olmayan musiqiçiyə "həkim səhvi nəticəsində ölüm hadisəsi baş verib" ifadəsi yaraşmaz".
Bu fikirləri Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova Oxu.Az-a açıqlamasında müğənni Manaf Ağayevin Çimnaz Sultanova barədə jurnalistlərə müsahibəsinə münasibət bildirərkən deyib.
O, müğənninin "həkim səhvi nəticəsində ölüm hadisəsi baş verib" ifadəsini işlətməsinin səhv olduğunu vurğulayıb. Şöbə müdiri Manaf Ağayevin Çimnaz Sultanova barədə yanlış məlumatlar yaydığını qeyd edib:
"Manaf Ağayev elə ifadələr işlədir ki, sanki hadisə həkimin səhvinə görə olub. O, "Çimnaz xanımla danışdım, vəziyyəti yaxşı deyildi və bu barədə məlumat verməməyi xahiş etdi. Lakin rəhmətə getdiyi barədə mənə məlumat verməyib" deyə qeyd edib. Bu ifadə də yanlışdır, çünki sağ adam rəhmətə getməyi barədə məlumat verə bilməz".
G.Kazımova əlavə edib ki, bütün bunlar onu deməyə əsas verir ki, Manaf Ağayevin danışdıqları səhvdir və sadəcə reportaj xətrinə yanlış məlumatlar verib.
Oxşar xəbərlər
2025-ci ildə ən yaxşı həyat yaşamaq üçün BÜRCLƏR nələrdən çəkinməlidir
Hər Bürc işarəsinə 2025-ci ildə ən yaxşı həyatlarını yaşamaq üçün nələrdən çəkinmək lazım olduqları tövsiyə edilib. Lent.az həmin tövsiyələri təqdim edir. Qoç...