Ev qiymətinə satılan qəbirlər: Məzar yerləri əhaliyə pulsuz VERİLİR?

Ev qiymətinə satılan qəbirlər: Məzar yerləri əhaliyə pulsuz VERİLİR?
Sosial 115

Bakıda bir çox qəbiristanlıq bələdiyyələrin balansına verilib.

Yəni məzarlıqlara rəhbər təyin etmək, qəbir yerlərinin sıralanması, dəfn və dəfnlə bağlı digər işləri bələdiyyələr həyata keçirir.

Bu, Nazirlər Kabinetinin (NK) təsdiq etdiyi "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda öz əksini tapıb.

Dəfnlə bağlı bir çox məqamların yer aldığı qaydada qəbir yerlərinin ayrılması və dəfnin təşkili məsələsi də vurğulanıb. Hazırda ölən şəxsin yaxınları meyiti dəfn etmək üçün müəyyən məbləğə qəbir yeri aldığını deyirlər. Yəni ölən şəxsin yaxınlarına məzar üçün yer ərazidən asılı olaraq müxtəlif qiymətə təklif olunur. Hətta təklif edilən məbləğ bir evin qiymətinə qədər gedib çıxır.

Azərbaycanda qəbir yeri pulsuzdur

Lakin yuxarıda qeyd etdiyimiz qaydada qəbir yerlərinin pulsuz ayrıldığı yazılıb. Belə ki, qaydanın 17 -ci bəndində qeyd edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.

Lakin dəfnlə bağlı təklif edilən xidmətlər üçünsə müəyyən məbləğ nəzərdə tutulub. Qanun deyir ki, qəbiristanlıq müdiriyyəti tərəfindən ölmüş şəxsin cənazəsi dini ibadət evində yuyulmayıbsa, onun yuyulması, tabut və nəqliyyatla təmini, qəbir yerinin qazılması, dəfn zamanı dini ayinlərin icrası, ad, soyad, ata adından ibarət lövhənin hazırlanması və digər xidmətlər təklif olunur. Bu xidmətlər ödənişlidir. Lakin bu xidmətlərin ümumi dəyəri "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dəfn üçün müavinətin məbləğindən artıq olmamalıdır.

Dəfn üçün nə qədər pul ayrılır?

Ötən il dəfn üçün verilən birdəfəlik müavinətin məbləği 500 manat, əmək pensiyaçıları üçünsə minimum pensiya məbləğinin 3 misli qədər idi.

Qaydada o da qeyd edilib ki, xidmətlərin ayrı-ayrılıqda və ya ümumi dəyəri bələdiyyə tərəfindən təsdiq edilir və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə yerləşdirilir.

Amma qəbiristanlıqla, dəfnlə bağlı illərdir bir məbləğdən də söhbət gedir. Bəzi yerlərdə qəbir yeri üçün və ya dəfn xidmətləri üçün konkret dövlət rüsumunun olduğu qeyd edilib.

Müsəlmanlar 63, qeyri-müsəlmanlar 49 manata dəfn olunurlar

Oxu.Az xəbər verir ki, məsələyə aydınlıq gətirən Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Bizim.media-ya deyib ki, dəfn xidməti üçün dövlət rüsumu müsəlmanlar üçün 63, qeyri-müsəlmanlar üçünsə 49 manatdır.

Onun sözlərinə görə, qiymət fərqi dəfn adət-ənənəsi ilə bağlıdır:

"Onların adətlərinə görə, meyit tabutla basdırılır və hörgü hörülmür. Ona görə də rüsum azdır. Bizdə isə hörgü hörülür, əhəng daşı, hörgü daşı istifadə edirlər. Bu rüsuma tikinti materialları daxil deyil. Bu, məzarın qazılması və dəfn olunması xidmətinə görə ödənilir. Yəni əməkhaqqıdır. Tikinti materiallarının qiyməti isə bazara uyğun hesablanır".

"Rüsum illərdir belədir. Bizim balansımızda olan qəbiristanlıqlarda lövhədə bu qiymət yazılıb. Bizim balansımızda 3-4 dənə məzarlıq var. Əksəriyyəti bələdiyyələrə verilib. Rüsum dəyişməyib. Amma bələdiyyələr nə qədər rüsum alır, onu bilmirəm", - deyə Sabir Həsənov qeyd edib.

Oxşar xəbərlər

Avtomobil bazarında qiymətlər bu tarixdən BAHALAŞACAQ

Avtomobil bazarında qiymətlər bu tarixdən BAHALAŞACAQ

Nazirlər Kabinetinin (NK) 2023-cü ildə qəbul etdiyi qərara əsasən, istehsal tarixi 10 ildən artıq olan minik avtomobillərinin ölkəyə gətirilməsi qadağan edilib....

98 Sosial 23:36 16 yanvar 2025

Son xəbərlər