Avtomobil bazarında qiymətlər bu tarixdən BAHALAŞACAQ

Avtomobil bazarında qiymətlər bu tarixdən BAHALAŞACAQ
Sosial 98

Nazirlər Kabinetinin (NK) 2023-cü ildə qəbul etdiyi qərara əsasən, istehsal tarixi 10 ildən artıq olan minik avtomobillərinin ölkəyə gətirilməsi qadağan edilib.

Milli.Az xəbər verir ki, 2025-ci ildən etibarən istehsal ili 2015-ci ildən əvvəl olan avtomobillərin Azərbaycana idxalı mümkün olmayacaq.

İqtisadi ekspert Eldəniz Cəfərov qeyd edib ki, bu qərar avtomobil bazarına mənfi təsir göstərib:

"Ölkəmizin avtomobil bazarı əsasən köhnə avtomobillərin alqı-satqısına əsaslanırdı. Qərarın tətbiqi ilə bazarda müəyyən bir tənəzzül yaşanıb. Hazırda qiymətlərdə kəskin artım müşahidə olunmur və qiymətlər sabit qalıb. Gələcəkdə qiymətlərin ani artımını və ya enməsini gözləmirəm. Ən azından mart ayına qədər qiymətlər sabit qalacaq".

Lakin son bir neçə ildə ölkəyə gətirilən avtomobillərin qiymətində əhəmiyyətli dəyişikliklər müşahidə edilib. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, son iki ildə minik avtomobillərinin orta qiyməti 58 faiz artıb. 2022-ci ilin yanvar-noyabr aylarında ölkəyə gətirilən bir avtomobilin orta qiyməti 12 055 ABŞ dolları olub, 2023-cü ilin eyni dövründə isə bu rəqəm 16 833 dollar olub, 2024-cü ildə isə qiymət 19 067 dollara çatıb.

Oxşar xəbərlər

Ev qiymətinə satılan qəbirlər: Məzar yerləri əhaliyə pulsuz VERİLİR?

Ev qiymətinə satılan qəbirlər: Məzar yerləri əhaliyə pulsuz VERİLİR?

Bakıda bir çox qəbiristanlıq bələdiyyələrin balansına verilib. Yəni məzarlıqlara rəhbər təyin etmək, qəbir yerlərinin sıralanması, dəfn və dəfnlə bağlı digər i...

115 Sosial 23:03 16 yanvar 2025

Son xəbərlər