Bakıda bir çox marşrut xətlərinin fəaliyyəti bərpa edilir
Sabahdan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir sıra marşrut xətlərinin fəaliyyətini bərpa edəcək.
BAKU.WS bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, hərəkət sxemləri bərpa edilənlər 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E nömrəli marşrutlardır.
Hərəkət sxemləri "Ulduz" metrostansiyasına müvəqqəti təyin edilən 118A, 118B, 148, 173A və 173B nömrəli marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.
Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək.
Oxşar xəbərlər
Bu qatarların əvvəlki qrafiki bərpa olunur
Noyabrın 25-dən etibarən Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti 16 sentyabrda tətbiq olunan qrafikə uyğun təşkil ediləcək. BAKU.WS xəbər...