Bakıda bir universitetin yeni korpusu tikilir
Azərbaycan Memarlıq və İnşaat Universiteti üçün yeni korpus binası tikiləcək.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, bina Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova küçəsi, 11 ünvanında yerləşəcək.
Məlumata görə, universitet tərəfindən inşası nəzərdə tutulmuş tədris korpusu binası və qazanxana binasının tikinti layihəsi artıq təqdim edilib və tezliklə binanın tikintisi barədə rəy veriləcək.
Qeyd edək ki, hazırda universitet kampusu 5.56 ha sahəni əhatə edir və müasir infrastruktura malik 4 tədris binası, elmi-tədqiqat və tədris laboratoriyaları, elektron və əyani kitabxana, yeməkxanalar, muzey-sərgi salonları, idman kompleksini özündə cəmləşdirir.
Oxşar xəbərlər
Qramı 290 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR
Qızıl bazarında son dövrlər nəzərəçarpacaq durğunluq yaranıb. Dünya bazarlarında qiymətli metalın bahalaşması yerli bazarda da özünü göstərir. Bu isə həm alıcı...