Alabama ABŞ tarixində üçüncü azot edamını həyata keçirib

Alabama ABŞ tarixində üçüncü azot edamını həyata keçirib
Dünya 151

ABŞ-nin Alabama ştatında azot hipoksiyası vasitəsilə üçüncü ölüm cəzası icra olunub.

Bu barədə NBC News məlumat yayıb.

Cəzanın tətbiq edildiyi şəxs, 1994-cü ildə adam öldürməkdə günahkar bilinən 50 yaşlı Keri Deyl Qreyson olub. O, qurbanını qaçıraraq öldürdüyünə görə ömürlük həbsə məhkum edilməmiş, ölüm hökmünə məruz qalmışdı. Qreysonun cinayət ortaqları isə yetkinlik yaşına çatmamış olduğuna görə onların cəzaları ömürlük həbs ilə əvəzlənmişdi.

ABŞ Ali Məhkəməsinin qərarına əsasən, yetkinlik yaşına çatmamış şəxslərin ölüm hökmü ilə cəzalandırılması konstitusiyaya zidd hesab olunur.

Qreysonun edamından öncə etdiyi açıqlamalarda o, törətdiyi cinayətə görə 30 il boyunca peşman olduğunu bildirib.

Bu metod ölüm cəzasının qeyri-ənənəvi icra üsullarından biridir və azot hipoksiyası zamanı məhkum oksigen çatışmazlığından boğularaq ölür. ABŞ-da azot hipoksiyası ilə ölüm cəzası nadir tətbiq olunur və bu hadisə ölkə tarixində üçüncü belə icra kimi qeydə alınıb.

Son xəbərlər