Bakıda 6 kq çəkidə doğulan körpə sabah evə buraxılacaq
Bakıda 6 kiloqram çəkidə doğulan körpə sabah evə buraxılacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, körpənin vəziyyəti hazırda normaldır və təbii şəkildə ana südü ilə qidalana bilir:
"Bu ananın artıq 3-cü hamiləliyidir. Bundan əvvəl dünyaya gətirdiyi körpəsi də 4 kq 600 qramla təbii doğuşla dünyaya gəlib. Hamiləliyin əvvəlindən qadın 1 saylı qadın məsləhətxanasında qeydiyyatda olub, doğuşa az qalmış bizə müraciət edib".
Doğumdan əvvəl anaya təkidlə qeysəriyyə əməliyyatını məsləhət gördüklərini deyən S.Mehdiyeva qeyd edib ki, o, bundan imtina edib:
"Ananın özünün də boyu uca, çəkisi çoxdur. Buna baxmayaraq, doğuşdan əvvəlki müayinələrdə şəkər xəstəliyi aşkarlanmadı. Yəni, uşağın çəkisi hansısa xəstəlikdən yox, tamamilə təbii şəkildə belə çoxdur".
*** 09:17
Bakıda yanvar ayının 10-da Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız dünyaya gəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, təbii doğuşla hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub.
Qeyd olunub ki, müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır.
Məlumata görə, hazırda körpənin vəziyyəti orta-ağır və ananın vəziyyəti stabil qiymətləndirilir.
Oxşar xəbərlər
Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib
Mingəçevir şəhərində iki məktəb direktoru vəzifəsindən azad edilib. "Report"un Qərb bürosunun məlumatına görə, şəhərdəki 3 nömrəli məktəbin direktoru Gültəkin Q...