Araşdırma: Emal edilmiş qırmızı ətin həddindən artıq istehlakı demans riskini artıra bilər

Araşdırma: Emal edilmiş qırmızı ətin həddindən artıq istehlakı demans riskini artıra bilər
Digər 117

Yeni bir araşdırmaya görə, emal edilmiş qırmızı ət məhsullarını çox istehlak edən insanlarda demans xəstəliyinə tutulma riski daha yüksəkdir.

BAKU.WS xəbər verir ki, Harvard Universitetinin T.H. Chan İctimai Səhiyyə Bölməsi tədqiqatçıları, kolbasa və salam kimi emal edilmiş qırmızı ət məhsullarını çox yeyən şəxslərin demans inkişaf etdirmə ehtimalının daha yüksək olduğunu müəyyən edib.

Araşdırmada demans diaqnozu olmayan, orta yaşı 49 olan təxminən 134 min iştirakçı hər 2-4 ildən bir yedikləri qidaları və bu məhsulları hansı tezliklə istehlak etdiklərini qeyd etdikləri qida gündəliyi doldurub. Tədqiqatçılar iştirakçıları gündəlik istehlak etdikləri qırmızı ət miqdarına görə "az miqdarda istehlak edənlər", "orta miqdarda istehlak edənlər" və "çox miqdarda istehlak edənlər" olmaqla 3 qrupa ayırıblar.

Nəticədə, emal edilmiş qırmızı ət məhsullarını çox istehlak edən şəxslərin gələcəkdə demans diaqnozu alma riskinin az istehlak edənlərlə müqayisədə 13 faiz daha yüksək olduğu aşkar edilib.

Bununla yanaşı, araşdırma göstərib ki, emal edilməmiş qırmızı əti çox yeyənlərlə az yeyənlər arasında demans riski baxımından əhəmiyyətli bir fərq yoxdur.

Oxşar xəbərlər

Bəzi yerlərdə 41 dərəcə isti olub - FAKTİKİ HAVA

Bəzi yerlərdə 41 dərəcə isti olub - FAKTİKİ HAVA

Ölkə ərazisində iyulun 22-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ölkə ərazisində yağm...

44 Digər 10:57 22 iyul 2025

Son xəbərlər