ASCO: Afrikada saxlanılmış gəmilər bizə aid deyil
08
yan
2025
09:59
Afrika qitəsində saxlanılmış gəmilər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus deyil.
BAKU.WS xəbər verir ki, bunun səhmdar cəmiyyətinin mətbuat katibi Mehman Mehdiyev bildirib.
Onun sözlərinə görə, gəmi ilə bağlı yayılan xəbərlərdə Xəzərdə üzən ASCO gəmilərinin fotolarından istifadə olunması narahatlıq yaradır: "Dənizçilərdən və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırıq. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır".
Oxşar xəbərlər
Bakıda piyadaları ölümə aparan yol
Son illər Bakıda yollarda tıcav və avtomobillərin nizamsız hərəkəti artır. Bir çox ərazilərdə sürücülər avtomobilləri nizamsız park edir. Yollarda digər hərəkət...