"Şuşa" restoranının yanındakı digər məşhur obyektlər də sökülür
Bakının Nərimanov rayonu ərazisində yerləşən məşhur "Şuşa" restoranı və ətrafındakı bir sıra obyektlər sökülür.
BAKU.WS Axar.az-a istinadən xəbər verir ki, həmin ərazidə yerləşən "Green cafe", "Bakı restoranı", "Ciyərxana" kimi obyektlər də söküləcək.
Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu onların səlahiyyətində deyil.
Qeyd edək ki, "Şuşa" restoranının sökülməsi barədə məlumatı Nərimanov Rayon İcra Hakimiyyəti yaymışdı.
Xatırladaq ki, ötən gün Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumatda "Şuşa" restoranının ərazisinin park statusu daşıdığı, buna görə restoranın söküldüyü bildirilmişdi.
Oxşar xəbərlər
Heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Agentliyi...