Bakıda piyadaları ölümə aparan yol
Yeniliklərdən dərhal xəbərdar olun
Son illər Bakıda yollarda tıcav və avtomobillərin nizamsız hərəkəti artır. Bir çox ərazilərdə sürücülər avtomobilləri nizamsız park edir. Yollarda digər hərəkət iştirakçılarına mane olurlar.
Belə ərazilərdən biri də Nərimanov rayonu ərazisində Koroğlu Rəhimov küçəsi 65 ünvanındadır. Bu ərazidə sürücülər maşınları elə formada saxlayırlar ki, piyadalar üçün təhlükəli vəzziyyət yaranır.
Sakinlərin BAKU.WS-in "qaynar xətti"nə etdikləri şikayətdə bildirilir ki, avtomobillər piyada səkilərinin üstündə park edilir. Bununla da, piyadaların yolu bağlanır. Ərazidən keçən uşaqlar. Yaşlılar məcbur olub avtomobil yoluna çıxırlar. Bu səbəbdən də, ərazidə dəfələrlə piyadalar vurulur.
Axşam saatlarında isə vəziyyət daha da acınacaqlı olur. Qaranlıqda yola çıxan piyadalar birbaşa ölümə tərk edilir.
Ərazidən çəkilən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Xırdalanda maşının təkərinin lükə düşməsi ilə bağlı ADSEA-dan açıqlama
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən, Regional Su Meliorasiya QSC Xırdalan dairəsində maşının təkərinin qapağını...