Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR
Ədalət Partiyasının sədri İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib, vəziyyəti ağırdır.
BAKU.WS xəbər verir ki, bu barədə Teleqraf.com-a sabiq baş prokuror, İlyas İsmayılovun yaxın qohumu deyib.
"İlyas bəy hazırda Mərkəzi Klinikada reanimasiya şöbəsində müalicə olunur. Artıq bir aya yaxındır ki, xəstəxanadadır. İnsult keçirmişdi, indi nisbətən yaxşılaşır", - deyə o əlavə edib.
Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev açıqlamasında qeyd edib ki, İlyas İsmayılovun müalicəsi hazırda Mərkəzi Klinikanın reanimasiya şöbəsində davam edir:
"Vəziyyəti ağır-stabil olaraq qalır".
Qeyd edək ki, İlyas Abbas oğlu İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.
Oxşar xəbərlər
Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb
Şirvan şəhərində yerləşən inşaat materiallarının satışı mağazalarının birindən 18327 manat və 800 ABŞ dolları oğurlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirl...