Aktauda AZAL təyyarəsinin qəzası zamanı sağ qalanlardan 14-ü Azərbaycan vətəndaşıdır

Aktauda AZAL təyyarəsinin qəzası zamanı sağ qalanlardan 14-ü Azərbaycan vətəndaşıdır
Sosial 1349

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "Embraer 190" təyyarəsində sağ qalan sərnişinlərin sayı 32 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə AZAL-ın brifinqində bəyan edilib.

Bildirilir ki, sağ qalanlardan 14-ü Azərbaycan vətəndaşıdır.

Xatırladaq ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Son xəbərlər