ADY: Ağstafa-Bakı və Qəbələ-Bakı qatarlarının qrafiki dəyişdi
Qobustan-Səngəçal sahəsində yerləşən dəmir yolu körpülərində aparılan əsaslı təmir işləri səbəbindən Ağstafa-Bakı və Qəbələ-Bakı qatarları müvəqqəti olaraq dəyişdirilmiş qrafik üzrə hərəkət edəcək.
BAKU.WS bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə istinadən xəbər verir.
Məlumata görə, oktyabrın 17-dən etibarən Ağstafadan Bakıya saat 8:20 və 16:40-da yola düşən qatarların Bakı Dəmiryol Vağzalına çatma saatları 13:27 və 21:47 əvəzinə müvəqqəti olaraq saat 13:36 və 21:56-ya dəyişdirilir.
Eyni zamanda, Qəbələdən Bakı istiqamətində saat 19:00-da hərəkətə başlayan qatarların Bakı Dəmiryol Vağzalına çatma vaxtı saat 22:20 əvəzinə saat 22:31-ə təyin edilir. Təmir işləri yekunlaşdıqdan sonra qatarlar əvvəlki qrafiklə xidmət göstərməyə davam edəcək.
Oxşar xəbərlər
Bu yolda dəyişiklik sürücülərin cərimələnməsinə səbəb olur
Yeni inşa olunan Balaxanı-Böyükşor yolundakı nişanlama xətləri sürücülər arasında çaşqınlıq yaradıb. Xezerxeber.az-ın məlumatına görə, yolda çəkilmiş nişanlama...