Zorla müharibəyə göndərildikləri iddia olunan azərbaycanlılarla bağlı Rusiya XİN-ə nota verildi
Azərbaycan Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya diplomatik mənbələrdən məlumat verilib.
Bildirilib ki, miqrasiya probleminə görə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovla bağlı Rusiya XİN-ə nota göndərilib.
Qeyd edək ki, adları çəkilən Azərbaycan vətəndaşlarının may ayından Çeçenistana işləməyə getdikləri, orada miqrasiya probleminə görə həbs olunduqları bildirilib. Onlara zorla sənəd imzalatdırılaraq Ukrayna ilə müharibə zonasına göndərildikləri iddia olunub.
Oxşar xəbərlər
Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - ANBAAN GÖRÜNTÜ
Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan "müşahidəçiləri" "fəaliyyətləri"ni davam etdirirlə...