XİN başçısı: "Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun fəaliyyəti ilk fürsətdə bərpa olunacaq"
20
yan
2025
13:59
"ABŞ-nin Kaliforniya ştatında baş verən yanğına görə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu fəaliyyət göstərdiyi binadan köçüb".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, baş konsulluğun fəaliyyəti ilk fürsətdə bərpa olunacaq:
"Buna baxmayaraq, diplomatik fəaliyyətimiz dayandırılmayıb, işlər davam edir".
Xatırladaq ki, Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilib.
Oxşar xəbərlər
Minatəmizləmə Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Şəhidlər xi...