Lənkəranın baş planının hazırlanmasına 700 min manatdan çox vəsait xərclənəcək
12
dek
2024
17:30
Lənkəran şəhərinin baş planı hazırlanacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Şəhərsalma və Arxitertura Komitəsi bununla bağlı açıq tender keçirib. Tenderin qalibi Dövlət Baş Layihə Institutu "Azərdövlətlayihə" seçilib.
Qeyd edək ki, Lənkəran şəhərinin baş planının hazırlanması ilə bağlı "Azərdövlətlayihə"yə 705 min 391 manat ödəniləcək.
Xatırladaq ki, indiyə qədər Azərbaycanın 54 şəhərinin baş planı hazırlanıb.
Oxşar xəbərlər
SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və SOCAR-ın kollektivi Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, ölk...