Sabah bu ərazilərdə qaz olmayacaq
Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Digah-Bilgəh" orta təzyiqli qaz kəmərində aşkar olunmuş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədi ilə 13.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
"Həmçinin Şəki rayonu ərazisində M.Ə.Rəsulzadə prospektində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədi ilə 13.12.2024-cü il saat 09:30-dan etibarən işlər başa çatanadək "Şəki" QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsinin, Ləhiş bağlarının və 2-ci Sovxoz ərazisinin, Şəki şəhərinin və rayonun İnçə, Qoxmuq, Oxud kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Salyanda məktəbdə 18 şagirdin zəhərlənməsi ilə bağlı Təhsil İdarəsindən AÇIQLAMA
Salyan rayonunun Aşağı Noxudlu kənd tam orta məktəbində pelet sobasının tıxanmasından yaranan tüstülənmədən 18 nəfər zəhərlənib. Şirvan-Salyan Regional Təhsil İ...