Xalq artisti lüks avtomobili ilə TƏHLÜKƏ YARATDI - ANBAAN GÖRÜNTÜLƏR

Bakıda xalq artisti yol hərəkəti qaydasını pozaraq təhlükə yaradıb.
BAKU.WS Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 27-də, paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsi ilə İnşaatçılar prospektinin kəsişməsində qeydə alınıb.
Belə ki, müğənni Aygün Bayramova idarə etdiyi 10-XH-700 qeydiyyat nişanlı "Mercedes-Benz" markalı avtomobillə manevr qaydasını pozub. O, güzgüyə baxmadan sağ zolağa manevr edib. Bu zaman arxadan gələn avtomobili sıxışdıraraq ona təhlükə yaradıb.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, müğənni İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilər.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakının mərkəzində SÖKÜNTÜ: Bəzi ərazilər yenidən qurulur, MÜHÜM YENİLİK olacaq
Akademik Həsən Əliyev küçəsi ilə metronun "Koroğlu" stansiyasını birləşdirən yeni avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112...
