Baş katib: NATO ölkələri müdafiəyə ÜDM-in 2 %-dən çoxunu xərcləməlidir

Baş katib: NATO ölkələri müdafiəyə ÜDM-in 2 %-dən çoxunu xərcləməlidir
Dünya 60

NATO ölkələri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalıdır.

"Report" xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının Baş katibi Mark Rutte bildirib.

"2023-cü ildə müttəfiqlər ÜDM-in azı 2 %-ni müdafiəyə ayırmağa razılaşdılar. Amma deyim ki, bizim 2 %-dən də çoxuna ehtiyacımız olacaq", - o deyib.

Baş katibin sözlərinə görə, sülhü qorumaq üçün güclü müdafiəyə ehtiyac olmadığını düşünmək səhvdir.

O, həmçinin əlavə edib ki, güclü müdafiə olmadan uzunmüddətli təhlükəsizlik mümkün deyil.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər