İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
Prezident İlham Əliyevin Sərəncamı ilə İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Qeyd edək ki, İlham Bayramov 1970-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində anadan olub.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Torpaqşünaslıq və aqrokimya" fakültəsinin məzunudur.
Son təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik Hüquqi Şəxsin baş direktoru vəzifəsində çalışıb.
Oxşar xəbərlər
"Haber Global": TDT alimləri COP29-da təbii fəlakətlərin qarşısını almaq üçün erkən xəbərdarlıq sistemi üzərin
Türk dövlətlərindən olan alimlər Bakıya toplaşıblar. Onlar təbii fəlakətlərin qarşısını almaq üçün erkən xəbərdarlıq sistemi üzərində işləyirlər. BAKU.WS xəbər...