Azərbaycanlı hakim Çempionlar Liqasının oyununu idarə edəcək
Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov bu gün kişilər arasında Çempionlar Liqasının oyununu idarə edəcək.
Bu barədə BAKU.WS-ə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən məlumat verilib.
O, Türkiyədə yerli "Fənərbağça" və İtaliyanın "Montsa" komandaları arasında keçiriləcək matçda ikinci hakim funksiyasını yerinə yetirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
AVF-nin Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova da bu gün kişilər arasında Çempionlar Liqasının oyununda iş başında olacaq. O, "Levski" (Bolqarıstan) - "Lüneburq" (Almaniya) duelində hakimlərin işinə qiymət verəcək. Həmin qarşılaşma saat 22:00-da başlayacaq.
Oxşar xəbərlər
Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi
Türkiyə milli futbol komandasının yeni baş məşqçisi Sergen Yalçın olub. BAKU.WS xəbər verir ki, 53 yaşlı mütəxəssislə 4 illik müqavilə üzrə razılıq əldə edilib....