İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı verib
09
yan
2025
16:15
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu göndərib.
BAKU.WS-in məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Baş nazir,
Qali rayonunun Saberio kəndində baş vermiş yanğın nəticəsində beş uşağın həlak olması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olan uşaqların ailəsinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Oxşar xəbərlər
Pakistanın Baş naziri Azərbaycana səfər edəcək
Pakistanın Baş naziri Şahbaz Şərif fevralda Azərbaycana səfər etməyi planlaşdırır. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Pakistanın "The News Int...