Ağstafada baş verən dəhşətli qətlin bəzi təfərrüatı məlum olub

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, rayonun Dağ Kəsəmən kəndində yaşayan 1964-cü il təvəllüdlü Fatma Musayeva qətlə yetirilib.
Polis hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Zülfiyyə Musayevanı saxlayıb. Məlumata görə, qohum olan şəxslər həm də qonşuluqda yaşayıblar.
Hadisə Fatma Musayevanın evində baş verib. Onun boğaz nahiyəsində bir neçə bıçaq zərbəsinin izləri müəyyən edilib.
Qətlə yetirilən və hadisəni törətməkdə təqsirləndirilən xanım ailəlidirlər. Fatma Musayevanın bir qızı, Zülfiyyə Musayevanın isə iki oğlu var.
Qonşuların sözlərinə əsasən, tərəflər arasında daha öncə heç bir problem yaşanmayıb.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda cinayət işi açılıb.
Qalereya
*** 09:43
Ağstafada qətl törədən qadın saxlanıldı.
BAKU.WS xəbər verir ki, yanvarın 9-da gecə saatlarında Ağstafa rayonu Dağkəsəmən kəndində yaşadığı evdə 61 yaşlı Fatma Musayeva kəsici alətlə qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən, onun qohumu 49 yaşlı Zülfiyə Musayevanı polis əməkdaşları saxlayaraq istintaqa təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
10 min manat kredit götürmək istədi, öz pulundan da oldu
10 min manat kredit götürmək istəyən vətəndaş öz pulundan olub. BAKU.WS xəbər verir ki, belə bir iddia ilə Ağdam sakini Loğman Əşrəfov "Xəzər Xəbər"ə müracit e...
