İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, Formula 1-in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli qəbul edib.
BAKU.WS xəbər verir ki, Formula 1-in növbəti dəfə ölkəmizdə keçirilməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bu yarışların Azərbaycanın dünyada daha çox tanıdılması baxımından ildən-ilə böyük rol oynadığını qeyd etdi.
Dövlətimizin başçısı Formula 1-in Azərbaycanda keçirilməsinə göstərdiyi dəstəyə görə Stefano Domenikaliyə və Flavio Briatoreyə minnətdarlığını bildirdi.
Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparıldı. Formula 1-in Azərbaycanda avtomobil idmanının inkişafı sahəsinə verdiyi töhfələr də vurğulandı. Həmçinin ölkəmizdə kartinqin inkişafı məsələlərinə toxunuldu.
Görüşdə COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd edildi, ekologiya sahəsində davamlılıq məsələsində də Formula 1-in daha fəal olmasının önəmi vurğulandı.
Dövlətimizin başçısı qonaqları COP29 tədbirində iştiraka dəvət etdi.
Bakının inkişafının onda dərin təəssürat hissi yaratdığını deyən Naomi Kempbell paytaxtda şahidi olduğu müasir infrastrukturu, o cümlədən məşhur memar Zaha Hadidin layihəsi olan Heydər Əliyev Mərkəzini məmnunluqla qeyd etdi.
Britaniyalı supermodel ölkəmizdə modanın inkişafına töhfə və azərbaycanlı dizaynerlərin fəaliyyətinə dəstək verməyə hazır olduğunu bildirdi.
Qalereya
***11:04
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də "Formula 1"in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, "Formula 1"in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Oxşar xəbərlər
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdülər: Əsas gözləntilər nələrdir?
Baku TV "COP-BAKU" layihəsi çərçivəsində COP29-un on ikinci günü haqqında reportaj hazırlayıb. Bildirilib ki, COP29 çərçivəsində açıqlama verən Almaniyanın xari...