"COP29 - İqlim, Planet və Biz" kitabının təqdimatı keçirilib
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "COP29 - İqlim, Planet və Biz" kitabının təqdimatı keçirilib.
"Report" xəbər verir ki, "EkoSfera" Ekoloji-Sosial Mərkəzinin Azərbaycan və rus dillərində pilot şəklində hazırladığı iqlim dəyişmələri haqqında metodik vəsaitin hazırda ingilis dili versiyası üzərində işlər gedir.
Hər üç dildə onlayn olaraq yayımlanacaq metodik vəsait bu sahədə məlumat əldə etmək istəyən hər kəs üçün əlçatan olacaq.
Kitabın ilk 28 bölməsini "EkoSfera" Ekoloji-Sosial Mərkəzinin mütəxəssisləri hazırlayıblar.
Yekun 29-cu dərs isə COP29 Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai və COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova tərəfindən oxuculara tövsiyələr şəklində tamamlanıb.
Kitabın ideya müəllifi və baş redaktoru "EkoSfera" SEM-in rəhbəri Firuzə Sultan-zadədir.
Oxşar xəbərlər
Azərbaycan Ağ Evdə regionlararası enerji əməkdaşlığının inkişafını müzakirə edib
Azərbaycan və ABŞ arasında enerji sahəsində sərmayələrin artırılması və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi prioritetlərinə uyğun olaraq...