Daxili Qoşunlar Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb
27
yan
2025
17:15
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Eyni zamanda DİN və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.
Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Oxşar xəbərlər
MSK bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb
Yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə seçkilər keçirilib. 685 bələdiyyəyə 8071 üzv seçilməli idi və bu bələdiyyələr Azərbaycanda mövcud olan 1...