Nəhəng asteroid 7 il sonra Yer kürəsi ilə toqquşa bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Alimlər bir neçə il sonra nəhəng asteroidin Yer kürəsi ilə toqquşacağını bildiriblər.
BAKU.WS xəbər verir ki, bu təxminən 2032-ci ilin dekabrında baş verəcək.
Mütəxəssislər "2024 YR4" adı verilən asteroidin Yer kürəsinə 106 min kilometr yaxınlaşacağını iddia edirlər. Onun genişliyi 60 metr olacaq.
Hazırki proqnozlara görə bu toqquşma Cənubi Amerikadan Atlantik okeanına və Cənubi Afrikaya qədər uzanan bir ərazini əhatə edir.
Lakin alimlər onu da qeyd edirlər ki, dəqiq məlumatlar yalnız müşahidələrlə əldə oluna bilər.
Astronovatlar "2024 YR4" ilə bağlı yaxın illərdə daha dəqiq hesablamalar aparmağı planlaşdırırlar.
2028-ci ildə bu asteroid sadəcə Yer kürəsinə yaxınlaşacaq. Bu zaman onun ölçülərini dəqiq təyin etmək mümkün olacaq.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...