Sabah Bakıda bu ərazilərdə qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Bu barədə "Azəriqaz" İB-dən bildirilib.
Məlumata görə, "Buzovna 1-97" QTM-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Pirşağı-Novxanı-Xırdalan-M4 yeni avtomobil yolunun tikintisi ilə əlaqədar "Bilgəh-1" qaz xəttinin tikinti sahəsinə düşən hissəsinin təhlükəsiz əraziyə köçürülməsi, birləşmə işləri, həmçinin Binəqədi rayonu, S.S.Axundov küçəsi 37 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının təbii qazla təmin olunması məqsədilə 30.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Nardaran və Pirşağı qəsəbələrinin, Bilgəh qəsəbəsi, Ləhic bağlarının, Pirşağı qəsəbəsi, Sovxoz yaşayış massivinin və Binəqədi rayonu üzrə S.S.Axundov, A.Kunanbayev, Aydınbəyov, İ.Hacıyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...