Azərbaycanda əhalinin banklardakı əmanətləri REKORD SƏVİYYƏDƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda əhalinin banklardakı əmanətləri rekord səviyyəyə çatıb.
BAKU.WS Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu il yanvarın 1-nə əhalinin banklardakı əmanətləri 14 mlrd. 661,9 mln. manat təşkil edib ki, bu da indiyədək olan ən yüksək göstəricidir.
Əhalinin banklardakı əmanətləri əvvəlki ayla müqayisədə 3% və ya 426,3 mln. manat, son bir ildə isə 13,2% və ya 1 mlrd. 714,1 mln. manat artıb.
Qeyd edək ki, əhalinin banklardakı əmanətlərinin həcmi 2021-ci ildən etibarən davamlı artım tendensiyası nümayiş etdirir.
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun "Pul və Maliyyə Statistikası" metodologiyasına əsasən fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin əmanətləri də sözügedən əmanət həcminə daxil edilib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...