Azərbaycan və Çin şirkəti arasında anlaşma memorandumu imzalanıb
Azərbaycan İnvestisiya Holdinqi ilə Çinin "FiberHome Telecommunication Technologies Co., Ltd." şirkəti arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.
Bu barədə BAKU.WS-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, "FiberHome Telecommunication Technologies Co., Ltd"nin Baş icraçı direktoru Hai Lan iştirak ediblər.
Tədbirdə 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri barədə məlumat verilib, sənəddə ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu qeyd edilib. Bildirilib ki, ölkəmizdə "ağıllı" texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədilə dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıq əlaqələri qurulub və mühüm layihələr icra edilir.
Bu gün telekommunikasiya texnologiyaları sahəsində ixtisaslaşan şirkətlə imzalanan sənədin icrası tərəflərin ağıllı infrastruktur, innovativ mexanizmlər və informasiya texnologiyaları istiqamətlərində əməkdaşlığını gücləndirməklə Azərbaycan və Çin arasında biznes tərəfdaşlığının təşviqinə və Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətləri tərəfindən qabaqcıl biznes təcrübələrinin tətbiqinə təkan verəcək.
Qeyd edək ki, "FiberHome Telecommunication Technologies Co., Ltd." şirkəti 1999-cu ildən fəaliyyət göstərən Çinin nəhəng telekommunikasiya texnologiyaları şirkətlərindən, habelə dünyanın ən böyük fiber-optik kabel istehsalçılarından biridir. Şirkət optik ötürmə sistemləri, İP şəbəkələri, məlumat mərkəzləri və müasir şəbəkə infrastrukturu həlləri kimi sahələrin daxil olduğu geniş məhsul portfelinə sahibdir və dünyanın 90-dan çox ölkəsində məhsul və xidmətlərin satışını həyata keçirir.
Qalereya
***14:47
"Azərbaycan İnvestisiya Holdinqi ilə Çinin "FiberHome Telecommunication Technologies Co., Ltd." şirkəti arasında əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb".
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında paylaşım edib:
"Sənədin icrası tərəflərin ağıllı infrastruktur, innovativ mexanizmlər və informasiya texnologiyaları sahələrində əməkdaşlığını gücləndirməklə Azərbaycan və Çin arasında biznes tərəfdaşlığının təşviqinə və Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətləri tərəfindən qabaqcıl biznes təcrübələrinin tətbiqinə təkan verəcək".
Oxşar xəbərlər
Polis Akademiyası hüquq olimpiadasında qalib olub
DİN-in Polis Akademiyasının kursantları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilən "Qalib Azərbaycan" adlı 2-ci Hüquq O...