Avstriya Prezidenti İlham Əliyevə başsağlığı verib
14
yan
2025
18:57
Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin 38 nəfərin həyatına son qoyan faciəvi qəzası ilə bağlı xəbəri böyük kədər hissi ilə öyrəndim. Düşüncələrimiz bu faciəvi qəza qurbanlarının ailələri və yaxınları ilədir.
Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Oxşar xəbərlər
XİN sözçüsü ABŞ səfirliyinə cavab verib
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib. BAKU.WS xəbər verir ki, bu barədə dipl...