Sumqayıtda qapısı olmayan ambulansla bağlı RƏSMİ AÇIQLAMA

Sumqayıtda qapısı olmayan ambulansla bağlı RƏSMİ AÇIQLAMA
Video
Hadisə 396

Bu gün səhər saatlarında Sumqayıtda görüntüsü yayılan təcili tibbi yardım avtomobili qapısında nasazlıq yarandığı üçün qaraja təmirə göndərilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, mətbuatda yayılan məlum video bu gün Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aid və xidmətdən kənarda olan sanitar avtomobil təmirə göndərilərkən çəkilib.

Məlumata görə, avtomobilin qapısında nasazlıq yarandığı üçün Sumqayıt bölməsinin qarajına təmirə göndərilib və artıq təmir edilən təcili tibbi yardım avtomobili təkrar xidmətə buraxılıb.

***11:12

Sumqayıt şəhərində küçələrdən birində qapısı olmayan təcili tibbi yardım avtomobili görüntülənib.

BAKU.WS xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.

Belə ki, "90-JX-608" dövlət qeydiyyat nişanlı ambulans qapısı olmadan hərəkət edib.

Kadrlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər