XİN sözçüsü ABŞ səfirliyinə cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.
BAKU.WS xəbər verir ki, bu barədə diplomat özünün sosial şəbəkə profilində paylaşım edib.
"Bəxtiyar Hacıyevə qarşı qanuni məhkəmə qərarı işdəki çox sayda sübuta əsaslanır və məhkəmə prosedurlarına xarici müdaxilə qəbuledilməzdir.
Maraqlıdır ki, eyni növ vergi fırıldaqçılığı və maliyyə cinayətləri Amerika Birləşmiş Ştatlarında dəfələrlə ciddi şəkildə cəzalandırılır və həbs müddəti 30 ilə qədər çata bilər, nə üçün bu ölkə digər ölkələrdə belə cinayətlərə qarşı verilən cəzadan narazıdır.
Görünür ki, belə bir yanaşma qanunun aliliyinin əhəmiyyətinin artırılmasından daha çox siyasi maraqlara əsaslanır", - deyə nazirliyin rəsmisi qeyd edib.
The valid judgement against Bakhtiyar Hajiyev is based on multiple evidences in the case, and external intervention on the court procedures are unacceptable.
— Aykhan Hajizada (@Aykhanh) January 15, 2025
Interestingly, while the same type of tax fraud and financial crimes are multiple times severely punished in the United… https://t.co/Y5iiuHrDdQ
Oxşar xəbərlər
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib. BAKU.WS xəbər ver...
