Qvatemaladan yola çıxan ASCO-nun yük gəmisi ABŞ-yə çatıb
Bu ilin ilk günlərində 33 min ton şəkər yükü ilə Qvatemalanın ən böyük dəniz limanı olan Puerto-Ketsal limanından yola çıxan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Handysize" tipli "Xocalı" quru yük gəmisi ABŞ-yə çatıb.
BAKU.WS bu barədə ASCO-ya istinadən xəbər verir.
Gəmi hazırda ABŞ-nin qərb sahilində, San-Fransisko şəhəri yaxınlığındakı Kroket limanında yükboşaltma əməliyyatını yerinə yetirir.
Qeyd edək ki, bu gəmi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması və fəaliyyət coğrafiyasının diversifikasiyası məqsədilə ötən ilin mayında istismara verilib.
Məhdudiyyətsiz üzmə imkanlarına malik olan "Xocalı" gəmisinin dedveyti 38,593 tondur. Gəminin uzunluğu 180, eni 30, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 uzeldir. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.
Qalereya
Oxşar xəbərlər
Bu ərazidə ucuz qiymətə istirahət etmək olar - Bayram günlərdə...
Yeni il bayramı yaxınlaşdıqca istirahət planları da dəqiqləşir və ən çox verilən suallardan biri harada daha sərfəli, harada isə daha bahalı tətil keçirməyin mü...