Rusiya Səhiyyə Nazirliyi: Aktaudakı təyyarə qəzasında xəsarət alanlardan altı nəfər xəstəxanadan buraxılıb
 
                            Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan üç rusiyalı xəstəxanalarda müalicə alır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
"Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan üç Rusiya vətəndaşı federal mərkəzlərin və Moskva xəstəxanalarının stasionarlarında müalicə alır", - nazirliyin rəsmisi Aleksey Kuznetsov bildirib.
Qeyd olunub ki, altı nəfər, o cümlədən bir uşaq xəstəxanadan buraxılıb.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Oxşar xəbərlər
Naxçıvanda arvadını asaraq öldürən kişiyə HÖKM OXUNDU
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Sədərək rayonunda arvadını qəsdən öldürməkdə ittiham olunan Azər İbrahimlinin işi üzrə hökm çıxarıb. Məh...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    