"Baku TV"nin çəkdiyi film nüfuzlu film festivalının qalibi oldu
Baku TV-nin çəkdiyi "Söz" qısametrajlı sənədli filmi Los - Ancelesdə keçirilən, hər dəfə mindən artıq ekran əsərinin göndərildiyi "Accolade Global Film Competition"nın qalibi olub.
IMDB tərəfindən təsdiqlənən "Accolade Global Film Competition" dünyanın ən yaxşı 25 film festivalından biri hesab olunur.
21 ildir davam edən festivalda zaman-zaman dünyaca məşhur aktyorlar, film prodüserləri, rejissorlar və ssenaristlər qalib olublar. Mükafatçılar sırasında Ridli Skott, Maykl Duqlas, Killian Merfi, Erik Roberts kimi dünyaca məşhur şəxsləri misal göstəmək olar. İndisə keçək bu cür nüfuzlu film festivalının qalibi olan Baku tv-nin çəkdiyi "Söz" qısametrajlı sənədli filminə.
Ekran əsəri Baku tv-nin əməkdaşı, vətən müharibəsi iştirakçısı Əlbərin həyat hekayəsindən bəhs edir.
Filmdə hər şey qəhramanın öz dilindən səslənir. Onun müharibəyə qədərki, 44 gün boyunca və Zəfərdən sonra keçirdiyi hisslər, psixoloji durum həm də bütövlükdə Azərbaycan xalqının ümimiləşdirilmiş obrazı kimi əks olunur.
Nüfuzlu film festivalı "Accolade Global Film Competition"nın qalibi olan ekran əsərinin rejissoru Baku Tv-nin əməkdaşı Leyli Məhhərəmdir. Sənədli filmin ölkəmizdə təqdimatı keçirildikdən sonra izlənmək üçün tamaşçıların ixtiyarına veriləcək.
Qalereya
Oxşar xəbərlər
Məşhur heykəltəraş, Xalq rəssamı Ömər Eldarovun doğum günüdür
Bu gün məşhur heykəltəraş, Xalq rəssamı Ömər Eldarovun doğum günüdür. Onun 97 yaşı tamam olur. Ömər Həsən oğlu Eldarov 1927-ci dekabrın 21-i Dağıstan Muxtar Re...