Meksikalı DJ Üzeyir Hacıbəylinin bu şah əsərini səsləndirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Meksikalı DJ və prodüser Aaron Sevilla dahi Üzeyir Hacıbəylinin şah əsərlərindən birini səsləndirib.
BAKU.WS xəbər verir ki, o səhnə aldığı məkanlardan birində "Koroğlu" operasından olan uvertüraya müraciət edib.
Məşhur DJ-in bu performansı bir çox onlayn platformalarda yayılaraq müzakirələrə səbəb olub.
Mahnı xüsusilə Azərbaycan seqmentində rəğbətlə qarşılanaraq çox bəyənilib.
Xatırladaq ki, Aaron Sevilla karyerasında əsasən latın və afro mahnılardan təsirlənib.
2021-ci ildən etibarən Aaronun sintez etdiyi mahnılar musiqi pleylistləridnə ilk yerlərdə qərarlaşıb.
DJ yaradıcılığında müxtəlif xalqların mahnılarının sintezinə də rast gəlmək mümkündür.
Oxşar xəbərlər
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. BAKU.WS bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məl...