Tovuzda məktəbdə zəhərlənən şəxslərin hamısı evə buraxılıb

Tovuzda məktəbdə zəhərlənən şəxslərin hamısı evə buraxılıb
Hadisə 596

"Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə zəhərlənən 71 nəfərin hər biri evə buraxılıb".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

***16:39

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbindəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən 71 nəfərdən 6-sı müəllim və laborant, digərləri isə məktəblilərdir.

Zərərçəkənlərdən 6-nəfərinin vəziyyəti kafi və orta-ağır qiymətləndirilib. Digərlərinin vəziyyəti isə kafi və normal olub.

Tovuz Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir.

Faktla bağlı Tovuz rayon Porokurorluğu tərəfindən araşdırma aparılır.

***15:27

Tovuzda şagirdlərin tüstüdən zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata əsasən, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.

***14:39

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 19-da saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında zəhərlənmə şübhəsilə çağırış daxil olub".

BAKU.WS xəbər verir ki, bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

"Son məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.

***13:46

"Tovuz Rayon Mərkəzi Xəstəxanasına 55 nəfər hospitalizasiya olunub".

Bu məlumat BAKU.WS-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 19 dekabr, saat 11:00-da Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsi ilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz RMX-yə hospitalizasiya olunub. Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbələrinə yerləşdiriliblər. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir", - deyə açıqlamada vurğulanır.

***12.01

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir.

Tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür.

***11.44

Tovuz rayonu Aşağı Quşçu kənd orta məktəbində 15-dən çox şagird zəhərlənib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Onların yanacaq sobasının tüstüsündən zəhərləndiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər