Bakı sakininə qarşı 60 min dollar dələduzluq edilib
Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakininin 60 min ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı E.Haqverdiyev müəyyən olunaraq saxlanılıb.
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlə isə bir qadının 400 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 32 yaşlı S.Şahverdiyev saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İcra başçısının müavini ilə dalaşan şəxs - Həbs edildi
Qəbələ İcra Hakimiyyətində keçirilən qəbul zamanı icra başçısının müavini ilə dalaşan şəxs inzibati məsuliyyətə cəlb edilib. BAKU.WS qafqazinfo-ya istinadən xəb...