Yeganə Mürsəlovaya qarşı DƏLƏDUZLUQ - Sənətçi dostlarına çağırış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Yeganə Mürsəlovanın başına iş gəlib.
BAKU.WS xəbər verir ki, sənətçi dələduzluqla üzləşib.
Belə ki, naməlum şəxs onun adından sənət dostlarına zəng edərək pul yığıb.
Bu barədə ifaçı şəxsi instaqram hesabında məlumat yayıb.
Yeganə bildirib ki, naməlum şəxs əvvəl ona mesaj yazaraq tanınmış aparıcı Mətanət Əliverdiyevanın adından pul istəyib.
Sənətçi həmin şəxsin aparıcının adından istifadə etdiyini öyrəndikdə onu təhqir edib.
İfaçının təhqirlərinə əsəbiləşən həmin şəxs daha sonra məşhurlardan Yeganə Mürsəlovanın adından pul istəməyə başlayıb.
Sənətçi sənət dostlarını bu şəxsə aldanmamağa çağırıb.
Ətraflı videoda:
Oxşar xəbərlər
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
Abşeron rayonunda kişi borc aldığı arvadını bıçaqlayıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Qəsəbə...