Qazaxıstanın yaratdığı komissiya təyyarənin qəzaya düşdüyü yerdə işə başlayıb
25
dek
2024
17:34
Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayevin başçılıq etdiyi hökumət komissiyası Aktauya gəlib və qəza yerinə yola düşür.
BAKU.WS report-a istinadən xəbər verir ki, K.Bozumbayev daha sonra xəstəxanada yaralılara baş çəkəcək, xarici həmkarlarla görüşəcək, eləcə də qərargahın iclasını keçirəcək.
Qeyd olunur ki, Fövqəladə Hallar Nazirliyinin bütün xidmətləri, kriminalist ekspertlər və prokurorluq orqanları fövqəladə vəziyyət rejimində işləyir.
Komissiya Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə yaradılıb.
Oxşar xəbərlər
Təyyarə qəzasında vəfat edənlərdən biri futbolçu olub
Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində v...