Qazaxıstanda təyyarə qəzasında xəsarət alan 18 nəfərin müalicəsi davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Aktau yaxınlığında qəzaya uğramış AZAL aviaşirkətinin təyyarəsinin 18 sərnişini Manqıstau vilayət xəstəxanasında qalır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan xəstəxanasının tibbi xidmətlərin keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Janar Baymanova məlumat verib.
"Onlardan beşi reanimasiyadadır - dördü ağır vəziyyətdə, bir qadın isə son dərəcə ağır vəziyyətdədir", - o bildirib.
J.Bayramovanın sözlərinə görə, sərnişinlərdə ən çox rast gəlinən xəsarətlər sınıqlar, qarın boşluğu, ağciyər travmaları, həmçinin açıq və qapalı kəllə-beyin travmalarıdır.
Ümumilikdə, təyyarə qəzasından sonra xəstəxanaya 27 nəfər yerləşdirilib.
"Onlardan səkkiz böyük və bir uşaq Rusiyaya köçürülüb, qalanları - Azərbaycan və Qırğızıstan vətəndaşları bizim xəstəxanada qalırlar", - deyə o əlavə edib.
Oxşar xəbərlər
Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat
Bakının Sabunçu rayonunda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində baş verib. Məl...