"Təyyarədə dostumun oğlu da olub" - Roza Zərgərli DANIŞDI
"Təyyarə qəzasında tapılan soydaşlarımın yaxınlarına başsağlığı verirəm. Qazaxıstan bölgəsinə konsert turum başlayacaqdı. Amma mən hər şeydən imtina etdim. Atıraudakı konsertimi də ləğv etdim..."
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli deyib. O, qəzaya uğrayan təyyarədə dostunun oğlunun da olduğunu açıqlayıb:
"Təyyarədə dostumun oğlu da olub. Həmyerlilərimə və qazax, rus, qırğız qardaşlarıma başsağlığı verirəm. Düşünürəm ki, qərarımı başa düşəcəksiniz. Mənə dəstək olan bütün dinləyicilərə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, qəza nəticəsində həyatını itirənlər arasında tanınmış qazax notariusu Qauhar Şaymerdenova və onun oğlunun da olduğu bildirilmişdi. Təyyarə qəzası bölgədə dərin üzüntü doğurub və bir çox tanınmış şəxslər bu faciə ilə bağlı başsağlığı mesajları yayımlayıblar.
Oxşar xəbərlər
Bakıda "əl enerjisi" ilə müalicə apardığı bildirilən özbəkistanlı saxlanılıb
Bakıda fəaliyyət göstərən özəl estetik klinikalardan birində "əl enerjisi" ilə müalicə apardığı iddia olunan əcnəbi saxlanılıb. Oxu.Az xəbər verir ki, özbəkista...