Norveç təyyarəsi Heydər Əliyev Aeroportuna təcili eniş edib

Norveç təyyarəsi Heydər Əliyev Aeroportuna təcili eniş edib
Hadisə 388

Norveçin "Norse Atlantic Airways" aviaşirkətinin Brno-Phuket reysini yerinə yetirən hava gəmisinin kapitanı yanacaq doldurmaq zərurəti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə BAKU.WS-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

"Boeing 787" təyyarəsi yerli vaxtla saat 07:55-də uğurla Bakı aeroportuna eniş edib. Marşrutun dəyişdirilməsi nəticəsində uçuş müddətinin uzanması səbəbindən komandir yanacaq doldurma qərarına gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportu yanacaq doldurulması və reysin davam etdirilməsi üçün bütün zəruri şəraiti operativ şəkildə təmin edib.

Oxşar xəbərlər

Son xəbərlər