Bakıda kişi hamilə arvadını xəstəxanaya atıb XARİCƏ QAÇDI
15
noy
2024
06:45
Bakıda kişi hamilə arvadını xəstəxanada tərk edib.
BAKU.WS xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağının sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, hamilə olan həyat yoldaşını Sabunçu xəstəxanasına müayinə adı ilə aparan ər orada onu tərk edərək qaçıb:
"Artıq bir aydır ki, qadın xəstəxanada qalır və həyat yoldaşının onu geri götürməsini gözləyir. Daha sonra həyat yoldaşı ona pasportunun şəklini göndərərək xaricdə olduğunu bildirib və öz başının çarəsinə baxmasını məsləhət görüb".
Oxşar xəbərlər
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub. BAKU.WS xəbər verir ki, qəza nəticəsində tanınmış...