İmişlidə oyun mərkəzində yanğın olub
14
noy
2024
22:10
İmişli rayonunda yanğın hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində yerləşən oyun mərkəzində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 240 kvadratmetr olan binanın ikinci mərtəbəsində başlayan alov anidən güclənib.
Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, binanın birinci mərtəbəsi həmçinin içərisində yerləşən oyun avadanlıqları mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda tüstüdən zəhərlənən şəxs ölüb
Bakıda tüstüdən zəhərlənən şəxs ölüb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib. Dekabrın 5-də yanğın hadisəsi zamanı tüstüdən...