Bakı metrosunda problem - Sərnişinlər qatardan düşürüldü
12
dek
2024
10:29
"Dərnəgül-Bakmil" istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb.
BAKU.WS xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
"Qrafikə uyğun olaraq "Bakmil" stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib", - deyə qurum rəsmisi əlavə edib.
Oxşar xəbərlər
Bakıda ŞOK OLAY: İşlədiyi şirkətin soyuducularını satıb pulu götürdü
Bakıda şirkət əməkdaşı mənimsəməyə görə saxlanılıb. BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonu ərazisində...