Salyanda avtomobil divara çırpılıb, ölən və xəsarət alan var
Yeniliklərdən dərhal xəbərdar olun
Salyanda ölüm və xəsarətlə nəticələnə yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun Xələc kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili yolun kənarındakı hasara çırpılıb. Qəza nəticəsində Xələc kənd sakini, 1996-cı il təvəllüdlü Seymur Rafiq oğlu Məlikov hadisə yerində ölüb.
Hadisə zamanı, həmçinin Xələc kənd sakini, 1997-ci il təvəllüdlü Şəhriyar Rafiq oğlu Rəhimov müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...