ADY: Yaxın günlərdə Balakən istiqamətində sərnişin qatarları fəaliyyətə başlayacaq
Yaxın günlərdə Balakən istiqamətində sərnişindaşımaya başlanılacaq.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bildirib.
"Hazırda jurnalistləri və sərnişinləri Balakən istiqamətində sərnişin daşıma maraqlandırır. Artıq buna sayılı günlər qalıb. Yaxın günlərdə biz ilk qatarın fəaliyyətə başlayacağı tarixi açıqlayacağıq. Bu, çox yaxın günlərdə yerinə yetiriləcək və deyim ki, biz də işləri tamamlayırıq, infrastruktur hazırlığı bitib, stansiyalarda təmir işləri aparılır. Yaxın günlərdə artıq biz sizlərlə birlikdə bunun şahidi olacağıq", - o bildirib.
Oxşar xəbərlər
Metroda xətlərin ayrılacağı tarix açıqlandı
Bakı metropoliteni "yaşıl" və "qırmızı" xətlərin ayrılacağı tarixi açıqlayıb. BAKU.WS xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bə...